ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı! | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!

21:00 - 02 / 12 / 2024
ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!

ABB-nin mobil bank tətbiqi olan ABB mobile Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatını alıb. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra təqdim olunub.

Sözügedən sertifikat təşkilatlara özlərinin və müştərilərinin məxfi məlumatlarını ən etibarlı şəkildə qoruyaraq idarə etməyə kömək göstərən beynəlxalq çərçivədir. ISO:IEC 27001:2022 ilə şirkətlər risklərini müəyyənləşdirir, onların azaldılması üçün ardıcıl tədbirlər görürlər. Beləliklə, bu sertifikat onu əldə etmiş qurumun işgüzar nüfuzunu, müştərilərin maraqlarını qoruyur.

ABB mobile tətbiqinin ISO:IEC 27001:2022 serfitikatına layiq görülməsi tətbiq istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə olunduğunu göstərir.

ABB mobile tətbiqi 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var. Getdikcə inkişaf etdirilən imkanları, genişləndirilən çoxsaylı funksionallıqları ilə ABB mobile tətbiqi universal maliyyə xidmətləri platformasına çevrilib. Tətbiq müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır.

ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylı imkanlarından faydalanmaq olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
88

Son xəbərlər

OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİB03 / 12 / 2024, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıb03 / 12 / 2024, 17:51Masazırda kişi qətlə yetirilib03 / 12 / 2024, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri oldu03 / 12 / 2024, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edib03 / 12 / 2024, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib03 / 12 / 2024, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib03 / 12 / 2024, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib03 / 12 / 2024, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTO03 / 12 / 2024, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır03 / 12 / 2024, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib03 / 12 / 2024, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB03 / 12 / 2024, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHI03 / 12 / 2024, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıb03 / 12 / 2024, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölüb03 / 12 / 2024, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilib03 / 12 / 2024, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?03 / 12 / 2024, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİB03 / 12 / 2024, 14:00
Bütün xəbərlər