Vüsal Xəlilov: Banklar Yaşıl keçidi dəstəkləmək üçün öz səylərini əsirgəməyəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüsal Xəlilov: Banklar Yaşıl keçidi dəstəkləmək üçün öz səylərini əsirgəməyəcək

Qafar Ağayev10:26 - 03 / 12 / 2024
Vüsal Xəlilov: Banklar Yaşıl keçidi dəstəkləmək üçün öz səylərini əsirgəməyəcək

Azərbaycanda bank sektoru, COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi üçün 2 milyard manatlıq maliyyə öhdəliyi götürüb.

1news.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov çıxışında deyib.

O, bildirib ki, bu məqsədə çatmaq üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən yaşıl taksanomiya qəbul edilib.

“Bu addım bank sektorunun ekoloji məsuliyyətini artıracaq və davamlı inkişafı dəstəkləyəcək. Banklar Yaşıl keçidi dəstəkləmək üçün öz səylərini əsirgəməyəcək”, - deyə o qeyd edib.

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər