Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib
![Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib](/images/2024/12/13/20241213043501695/thumb.jpg?2024-12-13+16%3A37%3A01)
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta"nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib.
1news.az-a AMB-yə istinadən xəbər verir ki, qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.
""Bakı Sığorta" ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq", - deyə AMB-dən əlavə edilib.
287