Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO

Qafar Ağayev17:54 - 13 / 12 / 2024
Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.

1news.az-ın məlumatına görə, Leyla Əliyeva Ruanda kütləvi qətliamının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Kiqali Soyqırımı Memorialına əklil qoyub, burada nümayiş etdirilən sənədlər və materiallarla tanış olub.

Bildirilib ki, 2004-cü ildən fəaliyyət göstərən memorial 1994-cü ildə ruandalıların üzləşdiyi soyqırımının qurbanlarının xatirəsini yaşatmaq, dəhşətli reallıqlara işıq salmaq və faciənin tanıdılması istiqamətində böyük rol oynayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 1992-ci ildə Xocalıda törədilən faciənin dünyada tanıdılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Soyqırımı kimi cinayətlərin dünyada təkrarlanmaması üçün törədilən faciələrin beynəlxalq miqyasda tanıdılmasının, ədalətin bərqərar olmasının vacibliyi qeyd edilib.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər