Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişib | 1news.az | Xəbərlər
Rəsmi

Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişib

Qafar Ağayev17:43 - Bu gün
Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişib

Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın tərkibində dəyişiklik edilib.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yeni Sərəncamla aşağıdakı dəyişikliklər edilib:

1.1. “Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”;

1.2. “Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və “Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin:

“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”;

1.3. “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.4. “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri “Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.5. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi”;

1.6. “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə, “İnam Kərimov” sözləri “Məcnun Məmmədov” sözləri ilə əvəz edilsin;

1.7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri”;

1.8. “Vüqar Süleymanov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
47

Son xəbərlər

Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaqBu gün, 17:58Lənkəranda avtomobil velosipedçini vuraraq öldürübBu gün, 17:51Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişibBu gün, 17:43Dövlət başçısı “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyibBu gün, 17:272024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olubBu gün, 17:24PAŞA Qrup şirkətləri son 3 ayda hansı sosiyal layihələri həyata keçiriblər?Bu gün, 17:19Azərbaycanın İraqdakı səfiri geri çağırılıbBu gün, 17:10Ali Məhkəmədən paylı mülkiyyətlə bağlı mühüm qərarBu gün, 17:01Sürücülər üçün imtahan keçirildi, uğur qazananların sayı açıqlandıBu gün, 16:46Paytaxtda pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilibBu gün, 16:35Ceyhun Bayramov Vatikan rəsmisi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB 2Bu gün, 16:13Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlanıbBu gün, 16:06DYP qış mövsümü ilə bağlı sürücülərə xəbərdarlıq edibBu gün, 15:41Prezident: Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazırdırBu gün, 15:23Mehriban Əliyeva Türkiyə Prezidentinin “Sarı gəlin”i oxuduğu videonu paylaşıb - VİDEOBu gün, 15:19Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıbBu gün, 15:10Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var - FOTOBu gün, 15:04Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilirBu gün, 14:45Paytaxtın Nizami rayonunda yaşlılara qarşı quldurluq və soyğunçuluq edənlər saxlanılıblar VİDEOBu gün, 14:4110 min manat dəyərində lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 14:17
Bütün xəbərlər