Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə və camış balasına görə subsidiya veriləcək
Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib.
1news.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə və camış balasına görə subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya alacaq.
Bundan başqa, fərmana görə 10 hektar və daha çox torpaq sahəsində Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.