Litva səfiri Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Litva səfiri Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

13:25 - 25 / 12 / 2024
Litva səfiri Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

1news.az xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun", - səfir qeyd edib.

Paylaş:
341

Son xəbərlər

Ov mövsümü başa çatıb

01 / 12 / 2025, 15:29
Bütün xəbərlər