Fərid Hüseynov: Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib | 1news.az | Xəbərlər
Rəsmi

Fərid Hüseynov: Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib

Qafar Ağayev14:20 - 25 / 12 / 2024
Fərid Hüseynov: Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub.

1news.az xəbər verir ki, bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov mətbuat konfransında deyib.

O qeyd edib: “Hazırda Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən operativ dəstək göstərilir”.

Bildirilib ki, Prezident İlham Əliyevin qərarına uyğun olaraq, hadisənin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib. Sərnişinlərin ailələri və yaxınları üçün qaynar xətt yaradılıb. Onlara xüsusi psixoloji dəstək göstəriləcək. Hadisənin araşdırılmasının nəticələri barədə yeni məlumatlar ictimaiyyətə təqdim ediləcək.

Paylaş:
70

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər