Qazaxıstan səfiri: Qazaxıstan və Azərbaycan bu sınağı qardaşlıq və qarşılıqlı yardım ruhunda adlayacaqlar | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan səfiri: Qazaxıstan və Azərbaycan bu sınağı qardaşlıq və qarşılıqlı yardım ruhunda adlayacaqlar

Qafar Ağayev16:51 - 25 / 12 / 2024
Qazaxıstan səfiri: Qazaxıstan və Azərbaycan bu sınağı qardaşlıq və qarşılıqlı yardım ruhunda adlayacaqlar

Aktau şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

1news.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel baş verən qəza ilə bağlı başsağlığında deyib.

"Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi adından həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Ruhlarının məkanı Cənnət olsun! Yaralananlara tezliklə sağalmağı arzulayıram.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın səbəblərinin araşdırılması və ilkin yardım göstərilməsi üçün Hökumət komissiyası fəaliyyət göstərir. Hər iki ölkənin aidiyyəti qurumları birgə bütün zəruri tədbirləri görür. Qazaxıstanın tibb müəssisələri müvafiq yardımlar göstərir. Aktaun bir çox biganə olmayan sakinləri yaralananlar üçün qan verir. Qazaxıstanlılar Azərbaycanın Səfirliyi və Baş Konsulluğu önünə gül dəstələri qoyur. Qazaxıstanın Bakıdakı Səfirliyində bayraq yarıya endirilib.
Əminəm ki, Qazaxıstan və Azərbaycan bu sınağı qardaşlıq və qarşılıqlı yardım ruhunda adlayacaqlar. Biz birgəyik..." - deyə səfir əlavə edib

Paylaş:
79

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər