İlham Əliyev: Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir

Qafar Ağayev13:59 - 06 / 01 / 2025
İlham Əliyev: Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir

Bildiyiniz kimi, Dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.

“Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq”, - dövlət başçısı qeyd edib.

Paylaş:
216

Son xəbərlər

Bütün xəbərlər