Daha 109 nəqliyyat vasitəsi hərracda satılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daha 109 nəqliyyat vasitəsi hərracda satılıb

14:47 - 15 / 01 / 2025
Daha 109 nəqliyyat vasitəsi hərracda satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 109 nəqliyyat vasitəsi satılıb.

1news.az quruma istinadən xəbər verir ki, hərrac rəqabətli keçib.

Belə ki, start qiyməti 2 800 manat olan “KAMAZ 6520” markalı avtomobil 10 500 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3FjPjC linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 28 və 30 yanvarda keçiriləcək.

Paylaş:
389

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

15 / 02 / 2025, 11:20
Bütün xəbərlər