Bakının bəzi ərazilərində su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi ərazilərində su kəsiləcək

10:20 - 16 / 01 / 2025
Bakının bəzi ərazilərində su kəsiləcək

Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - “Vorovski” ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, sözügedən ərazidə su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.

Axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər