İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Qafar Ağayev17:42 - 21 / 01 / 2025
İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

1neüsşa xəbər verir ki, məktubda deyilir:

“Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər