Ağdaşda 7 min manatlıq internet xətləri kəsilərək oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda 7 min manatlıq internet xətləri kəsilərək oğurlanıb

Qafar Ağayev10:15 - Bu gün
Ağdaşda 7 min manatlıq internet xətləri kəsilərək oğurlanıb

Ağdaş rayonunda dəyəri 7 min manat olan internet xətləri kəsilərək naməlum şəraitdə oğurlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Teyfur Həsənov, Rəfi Cabbarov və Vahid Kərimov saxlanılıblar. Onlar oğurladıqları naqilləri mis halında əlvan metal qəbulu məntəqələrinə satdıblar. Araşdırmalarla saxlanılanların rayon ərazisində iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə müştəri qismində mağazalara daxil olaraq oradan oğurluq edən, əvvəllər məhkum olunmuş Elvin Zamanlı da saxlanılıb. Onun ətraf rayonlarda da marketlərdən oğurluq etdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər