Dövlət Miqrasiya Xidmətinin bəzi əməkdaşlarının maaşları 10 faiz artırılıb
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
137