Sabah Bakının bəzi yerlərində su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakının bəzi yerlərində su kəsiləcək

Qafar Ağayev11:12 - Bu gün
Sabah Bakının bəzi yerlərində su kəsiləcək

Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

1news.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, işlər 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər