Rusiya-Ukrayna sülhü Səudiyyə Ərəbistanında müzakirə olunacaq, Zelenskidən XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Dünya

Rusiya-Ukrayna sülhü Səudiyyə Ərəbistanında müzakirə olunacaq, Zelenskidən XƏBƏRDARLIQ

Qafar Ağayev09:56 - 17 / 02 / 2025
Rusiya-Ukrayna sülhü Səudiyyə Ərəbistanında müzakirə olunacaq, Zelenskidən XƏBƏRDARLIQ

ABŞ-ın Dövlət Katibi Marko Rubio, Milli Təhlükəsizlik Müşaviri Mayk Valtz və Orta Şərq üzrə Xüsusi Nümayəndə Stiv Vitkof, Rusiya və Ukrayna arasında sülh danışıqlarına başlamaq məqsədilə Səudiyyə Ərəbistanına getməyi planlaşdırır.

1news.az bu barədə "NBC News" nəşrinə istinadən məlumat verir.

Verilən məlumata görə, keçirilən görüşə Ukrayna dəvət edilməlib.

Ukrayna Prezidenti Volodimir Zelenski görüşə dəvət edilmədiyini bildirərək, "Ukraynanın müharibəyə son qoyacaq istənilən danışıqlara daxil olmaldır, bizim iştirakımız olmadan əldə edilən razılaşmaları heç vaxt qəbul etməyəcəyik" - deyə əlavə edib.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər