SOCAR hava şəraitinə görə istehsalatda təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə 1news.az-a SOCAR-dan məlumat verilib.
"Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Bütün sahələrdə məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarət saxlanılır", - deyə şirkətdən bildiriblər.
145