Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb

Qafar Ağayev12:38 - 19 / 02 / 2025
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Bu barədə 1news.az Azərbaycanın İsraildəki səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd edilib ki, tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin regional hadisələri müzakirə ediblər.

"Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Benyamin Netanyahuya çatdırıb. Baş nazir təşəkkürünü bildirib və onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib", - paylaşımda vurğulanıb.

Paylaş:
186

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər