Müsabiqəyə çıxarılan marşrutları üzrə qaliblər müəyyən edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Müsabiqəyə çıxarılan marşrutları üzrə qaliblər müəyyən edilib

Qafar Ağayev17:42 - 20 / 02 / 2025
Müsabiqəyə çıxarılan marşrutları üzrə qaliblər müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Suraxanı rayonunu “Neftçilər” metrostansiyası ilə əlaqələndirən 66 nömrəli şəhərdaxili, Şonqar qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə birləşdirən 126 nömrəli, eləcə də Binə və Mərdəkan qəsəbələrini əlaqələndirən 340 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, 66 nömrəli şəhərdaxili və 340 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 126 nömrəli şəhərətrafı marşrut üzrə “BMH” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edilik ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Paylaş:
163

Son xəbərlər

Bütün xəbərlər