Bakıda “Abracadabra” mahnısı ilə çəkilən rəqs videosuna Ledi Qaqa reaksiya verdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Abracadabra” mahnısı ilə çəkilən rəqs videosuna Ledi Qaqa reaksiya verdi - VİDEO

Qafar Ağayev16:49 - Bu gün
Bakıda “Abracadabra” mahnısı ilə çəkilən rəqs videosuna Ledi Qaqa reaksiya verdi - VİDEO

Dünya şou-biznesinin super ulduzu Ledi Qaqa «Abracadabra» hit mahnısı ilə musiqi səhnəsinə möhtəşəm qayıdış etdi.

Bu mahnı dərhal hit-paradları fəth edərək qlobal fenomenə çevrildi.

1news.az xəbər verir ki, bu mahnının klipindəki rəqs hərəkətləri sürətlə bütün dünyaya yayıldı, sosial şəbəkələrin trendinə çevrildi və nəhayət, Bakıya da çatdı.

Azərbaycanın Pro Dance Show rəqs kollektivi «Abracadabra» mahnısının enerjili rəqsini paytaxtın mərkəzi küçələrindən birində ifa etdi. Parlaq çıxış diqqətdən kənarda qalmadı: Bakılı rəqqasələrin videosu TikTok və digər sosial şəbəkələrdə sürətlə populyarlıq qazandı.

@pro.dance.show @ladygaga ABRACADABRA💃🏻🎶 Video by @Vahid Aliyev 💕 #azerbaycan🇦🇿 #baku #dance #fyp #🇦🇿 #dancers #ladygaga #abrakadabra #trend ♬ som original - william_oaak

Ledi Qaqanın özü də bu videoya diqqət yetirdi və şərhlərdə yazdı: "So this is amazing and fierce" ("Bu, sadəcə inanılmaz və güclüdür"), bununla da azərbaycanlı artistlərin yüksək səviyyəli ifasını qeyd etdi.

@pro.dance.show Ответ пользователю @ladygaga Backstage💃🏻💃🏻💃🏻 @ladygaga @Mastercard Video by @Vahid Aliyev #azerbaycan🇦🇿 #baku #dance #fyp #🇦🇿 #dancers #ladygaga #abrakadabra #trend #parrisgoebel #royalfamily ♬ som original - william_oaak
Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər