Bakıda və Abşeron yarımadasında küləyin sürəti 25 m/s-dək güclənib - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 25 m/s-dək güclənib - FAKTİKİ HAVA

16:01 - 10 / 04 / 2025
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 25 m/s-dək güclənib - FAKTİKİ HAVA

Aprelin 10-u saat 15:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Lerik və Şahdağda 20 m/s-dək güclənib.

Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Tərtər, Ağstafa, Qax, Şəki, Qəbələ, Xaçmaz, Quba, Qusar, Şabran, Mingəçevir, Ceyrançöl, Sabirabad, İmişli, Beyləqan, Lənkəran və Astarada arabir yağış yağır. Şahdağda isə qar yağır.

Göygöl, Şəki, Qax, Qəbələ, Şamaxı, Altıağac, Quba və Xaltanda duman müşahidə olunur və görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 23, Aran rayonlarında eləcə də dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər