DTX rəisi: “Azərbaycan hər zaman Əfqanıstanda sabitliyin təmin olunmasını dəstəkləyib” | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX rəisi: “Azərbaycan hər zaman Əfqanıstanda sabitliyin təmin olunmasını dəstəkləyib”

Qafar Ağayev11:26 - Bu gün
DTX rəisi: “Azərbaycan hər zaman Əfqanıstanda sabitliyin təmin olunmasını dəstəkləyib”

“Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləmiş, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib”.

1news.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

General-polkovnik Əli Nağıyev Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsinin zəruriliyinə diqqət çəkdi.

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasında vahid mövqe ortaya qoyulmasının tədbirin keçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan Xidmət rəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd etmiş, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə edib.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər