Birinci rübdə Azərbaycanda qeydiyyata alınmış daşınmaz əmlakın sayı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin birinci rübündə daşınmaz əmlak üzərində 85 min 708 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
1news.az bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 13 min 424-ü (15,7%) ilkin, 72 min 284-ü isə (84,3%) isə təkrar qeydiyyatın payına düşür.
2025-ci ilin ilk rübü ərzində fərdi yaşayış və bağ evi üzərində – 14 min 224, mənzil – 19 min 200, torpaq sahəsi – 49 min 386, qeyri-yaşayış binası – 709, qeyri-yaşayış sahəsi – 1 991, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası - 48 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20 min 746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bəhs olunan dövrdə 60 min 412 texniki pasport tərtib edilib, 14 min 444 ipoteka müqaviləsi qeydiyyata alınıb.