Camaal Hill və Xalil Rountri Dağüstü Parkda üz-üzə gəldi | 1news.az | Xəbərlər
İdman

Camaal Hill və Xalil Rountri Dağüstü Parkda üz-üzə gəldi

Qafar Ağayev17:09 - Bu gün
Camaal Hill və Xalil Rountri Dağüstü Parkda üz-üzə gəldi

Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəldi.

1news.az xəbər verir ki, tədbirdə həmçinin azərbaycanlı UFC döyüşçüləri Rafael Fiziev, Nazim Sadıxov və Tofiq Musayev də iştirak ediblər.

Turnir iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər