Bakıda Counter-Strike 2 üzrə milli turnir — BUTA League keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Counter-Strike 2 üzrə milli turnir — BUTA League keçirilir - FOTO

09:58 - Bu gün
Bakıda Counter-Strike 2 üzrə milli turnir — BUTA League keçirilir - FOTO

Azərbaycan Kiberidman Federasiyasının təşəbbüsü ilə Bakıda Counter-Strike 2 üzrə milli turnir — BUTA League təşkil olunub.

Turnirin bütün mərhələləri GMT Arena kiberidman məkanında oflayn formatda keçirilir.

Federasiyanın təqdim etdiyi məlumatına görə, turnirdə ölkənin müxtəlif bölgələrindən olan 20 komanda iştirak edir. Onların sırasında SaintZ, Avenue, Senergy, DIA Brigada, World Wide, Team Pho3n1x, No Info, Covboyz, Kenza, Disband, Take CTRL, Gorgeous Five, 5boyZ, Socarility, Gold Lions, TeamGo, VIA, Akatsuki, AzEİNFTriple Fire kollektivləri yer alır.

Bir neçə həftə ərzində komandalar finala yüksəlmək uğrunda gərgin mübarizə aparır, peşəkarlıq, taktiki yanaşma və komanda ruhu nümayiş etdirirlər. 20 iyul tarixində Stereo Hall məkanında baş tutacaq böyük finalda BUTA League çempionu adı uğrunda iki ən güclü komanda qarşılaşacaq.

Final tədbiri ictimaiyyət üçün açıq olacaq. Biletləri iticket.az platformasından əldə etmək mümkündür. Tamaşaçıları yalnız maraqlı oyunlar deyil, həm də müsabiqələr, interaktiv zonalar və tərəfdaşların təqdim edəcəyi hədiyyələr gözləyir.

Turnirin final mərhələsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyi nümayəndələrinin iştirakı gözlənilir. Bu isə dövlətin gənclər arasında kiberidmanın inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Azərbaycan Kiberidman Federasiyası bildirir ki, BUTA League gələcəkdə davamlı turnirlərin təməlini qoyacaq və peşəkar oyunçuların yetişməsi üçün mühüm platforma rolunu oynayacaq.

“BUTA League — Azərbaycanda kiberidmanın gələcəyinə töhfəmizdir”, — deyə federasiyanın prezidenti Oqtay Qasımzadə qeyd edib.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər