Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb | 1news.az | Xəbərlər
İdman

Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb

Qafar Ağayev10:27 - 21 / 07 / 2025
Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan 1news.az-a verilən məlumata görə, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Novi Pazar” (Serbiya) - “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Novi Pazar şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.

Paylaş:
1613

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər