Azərbaycanlı gənc atlet Madriddə qızıl medal qazandı

İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından 1news.az-a verilən məlumata görə, ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizəyə qoşulub. 56 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 93 kiloqram nəticə göstərərək qızıl medala sahib olub.
Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, bu dəfə 109 kiloqram çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə, iki hərəkətin cəmində 202 kiloqram nəticəyə imza atan atlet Avropa birinciliyinin qalibi adını qazanıb.





227