Tramp süni intellektlə bağlı üç sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Dünya

Tramp süni intellektlə bağlı üç sərəncam imzalayıb

Qafar Ağayev09:37 - 24 / 07 / 2025
Tramp süni intellektlə bağlı üç sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt texnologiyalarının inkişafı və bu sahədə istehsal olunan məhsulların ixrac imkanlarının genişləndirilməsi məqsədilə üç icra sərəncamı imzalayıb.

1news.az xəbər verir ki, bu barədə Tramp Vaşinqtonda keçirilən ixtisaslaşmış konfransda çıxışı zamanı məlumat verib.

“Amerika süni intellekt yarışında lider ölkədir. Bu gün isə ABŞ Prezidenti olaraq bəyan edirəm ki, bu yarışı Amerika qalibiyyətlə başa vuracaq”, – deyə o vurğulayıb.

Tramp əlavə edib ki, ABŞ hazırda süni intellekt sahəsində Çinlə müqayisədə ciddi üstünlüyə malikdir və bu mövqeyini daha da möhkəmləndirmək niyyətindədir.

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər