Nazir: Orta Dəhliz qlobal inteqrasiyanın hərəkətverici qüvvəsidir | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Orta Dəhliz qlobal inteqrasiyanın hərəkətverici qüvvəsidir

Qafar Ağayev10:43 - Bu gün
Nazir: Orta Dəhliz qlobal inteqrasiyanın hərəkətverici qüvvəsidir

"Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun Qərblə inteqrasiyasının real hərəkətverici qüvvəsidir".

1news.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” adlı paneldə bildirib.

M. Cabbarov qeyd edib ki, Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazı vahid iqtisadi məkanda birləşdirir. Onun sözlərinə görə, bu dəhliz təkcə Çindən və Asiyadan Türkiyə və Avropaya malların ticarəti və tranziti üçün vacib deyil, həm də regionun iqtisadi artımı, ticarəti və Qərblə inteqrasiyası üçün mühüm hərəkətverici qüvvə rolunu oynayır.

Nazir həmçinin vurğulayıb ki, geniş mənada nəqliyyat sahəsində ciddi çağırışlar mövcuddur və universal hüquqlar məsələsində müxtəlif baxışlar olsa da, mövcud qaydaların olmamasından daha yaxşıdır.

M. Cabbarov əlavə edib ki, fikir mübadiləsi aparmaq və çağırışları müzakirə etmək üçün müxtəlif platformalar mövcuddur və bu formatlar sonda ümumi məqsədə nail olunmasına xidmət edir.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər