Fəxrəddin Manafovdan Mehriban Əliyevaya TƏBRİK: gördüyünüz işlər göz qabağındadır

26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günüdür.
1news.az xəbər verir ki, bu münasibətlə Xalq artisti Fəxrəddin Manafov Mehriban Əliyevaya təbrik ünvanlayıb.
“Çox hörmətli, mədəniyyət və incəsənət cameyəmizin sevimlisi - Mehriban xanım!
Yetər ki, adınız çəkilsin... Bu adın, bu işığın qarşısında ətrafa yalnız sevgi, yalnız təbəssüm yayılır.
Rəhbərlik etdiyiniz, Ulu Öndərimizin adını daşıyan qurumda (Heydər Əliyev Fondu) gördüyünüz işlər, göstərdiyiniz qayğı danılmaz və göz qabağındadır. Bu haqda saatlarla danışmaq olar, amma vaxtınızı almaq istəməzdim.
İzin verin, Sizi böyük incəsənət ordusunun sadə bir nümayəndəsi olaraq doğum gününüz münasibətilə təbrik edim... Sizə tükənməyən, sonsuz enerji dolu ömür və can sağlığı arzulayıram... Tanrıdan bir istək, bir arzum, bir diləyim var: Siz incəsənətimizi, mədəniyyətimizi qoruyan mələksiniz. Tanrı işığınızı, qayğınızı, əlinizi bizim incəsənət cameyəmizin üzərindən əsirgəməsin.
Allah Sizə və gözəl ailənizə yar və yardımçı olsun...
Bir daha doğum gününüz mübarək.!” - deyə təbrikdə qeyd olunub.