Səfərbərlik xidmətinin daha bir salahiyyəti ləğv edilib - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Səfərbərlik xidmətinin daha bir salahiyyəti ləğv edilib - FƏRMAN

Qafar Ağayev11:47 - Bu gün
Səfərbərlik xidmətinin daha bir salahiyyəti ləğv edilib - FƏRMAN

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Belə ki, Dövlət Xidməti Prezidentin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı səlahiyyətinə malik olmayacaq.

Fərmana əsasən, Dövlət Xidməti həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını apara biləcək.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər