Bakı, Sumqayıt, Abşeron rayonu və Naxçıvan MR üzrə sentyabr ayının pensiyaları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Sumqayıt, Abşeron rayonu və Naxçıvan MR üzrə sentyabr ayının pensiyaları ödənilib

17:12 - Bu gün
Bakı, Sumqayıt, Abşeron rayonu və Naxçıvan MR üzrə sentyabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

1news.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər