TƏBİB əməkdaşı Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB əməkdaşı Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd edib - YENİLƏNİB

10:29 - Bu gün
TƏBİB əməkdaşı Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd edib - YENİLƏNİB

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 6-sı keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

09:02

Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva əri tərəfindən fiziki zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilib.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə ilə bağlı zərərçəkənin dayısı Vüqar Ağayev açıqlama verib.

“Bir həftə əvvəl rəsmi boşanıblar. Bu gün qız işdən qayıdanda anası və iki uşağı da yanında olub. Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib. Çünki bilirdi ki, Lamiyəgilin qapısında təhlükəsizlik kameraları var. Birinci 11 bıçaq vurub, sonra başını divara çırpıb. Başını kəsmək istəyəndə qız başını qaçırıb bıçaq ağız nahiyəsini də kəsib. Hadisə uşaqların gözü qarşısında olub”.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər