Bakıda 4 nəfərə qarşı 43 min manatlıq dələduzluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 4 nəfərə qarşı 43 min manatlıq dələduzluq edilib

Qafar Ağayev17:36 - Bu gün
Bakıda 4 nəfərə qarşı 43 min manatlıq dələduzluq edilib

Dələduzluq edərək 43800 manat ələ keçirən şəxs saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, paytaxtda dörd nəfər aldadılaraq ümumilikdə 43800 manat maddi vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə məlumat veriblər.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı B.Kətənov saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər