Azərbaycan XİN 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib

10:19 - 08 / 11 / 2025
Azərbaycan XİN 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

1news.az xəbər verir ki, paylaşımda deyilir:

"28 Noyabr - Zəfər Gününün əlamətdar 5-ci ildönümü münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri Prezident İlham Əliyevin əzmkar rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan bu tarixi zəfər - Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın tarixində möhtəşəm bir səhifə açmışdır.

Azərbaycanın şanlı qələbəsi sayəsində regionumuz sülh, barışıq və inkişaf dövrünün yeni mərhələsinə qədəm qoymuşdur.

Bu müqəddəs gündə şəhidlərimizin xatirəsini dərin hörmətlə yad edir və igid qazilərimizə minnətdarlığımızı bildiririk.

Onların fədakarlığı və misilsiz şücaəti qəlbimizdə əbədi olaraq yaşayacaqdır.

Zəfər Günümüz Mübarək!"

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər