Kiçikhəcmli gəmi istifadəçilərinin nəzərinə!
Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.
1news.az xəbər verir ki, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”












