XİN-dən 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN-dən 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM

Qafar Ağayev10:42 - Bu gün
XİN-dən 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində mühüm tarixi mərhələ olub.

1news.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyin “X” hesabındakı paylaşımda öz əksini tapıb.

Bildirilib ki, bu gün xalqımız birliyini, milli iradəsini və müstəqillik əzmini nümayiş etdirərək dövlət suverenliyimizin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və sosial inkişafının təmin olunması, eləcə də beynəlxalq müstəvidə prinsipial və fəal siyasətin həyata keçirilməsi istiqamətində ardıcıl səylərini davam etdirir.

Bu bayram münasibətilə xalqımıza rifah, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq”, - paylaşımda qeyd edilib.

Paylaş:
1115

Son xəbərlər

Bütün xəbərlər