18 noyabrda hava necə olacaq? - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

18 noyabrda hava necə olacaq? - Proqnoz

12:19 - Bu gün
18 noyabrda hava necə olacaq? - Proqnoz

Bakıda noyabrın 18-də yağış yağacağı, rayonlarda 21 dərəcə isti olacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər