“Bahar: Tikinti Təcrübəsi” — PMD Group və Kvan Group gənc memarları real tikinti prosesinə daxil edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bahar: Tikinti Təcrübəsi” — PMD Group və Kvan Group gənc memarları real tikinti prosesinə daxil edir - FOTO

11:25 - Bu gün
“Bahar: Tikinti Təcrübəsi” — PMD Group və Kvan Group gənc memarları real tikinti prosesinə daxil edir - FOTO

15 noyabr 2025-ci ildə Kvan Group və PMD Group-un təşkilatçılığı ilə Bahar Residence layihəsinin tikinti meydançasında tələbələr üçün “Bahar: Tikinti Təcrübəsi” adlı tədbir keçirilib.

Azərbaycan Memarlar İttifaqı ilə birgə təşkil olunmuş tədbir ölkənin gələcək memarlarına tikinti prosesi və layihələndirmənin incəlikləri, habelə tikinti mədəniyyəti və keyfiyyət standartlarını nümayiş etdirmək məqsədilə təşkil olunub.

Gənclik ərazisində yerləşən Bahar Residence, müasir memarlıq prinsipləri ilə yaradılmış, şəhərin ritmini və təbiətin ahəngini bir araya gətirən layihədir.

Tədbir çərçivəsində Kvan Group şirkətinin təsisçisi Çingiz Kişiyev çıxış edərək layihənin ideologiyası, konseptual yanaşması və gələcək memarlar üçün əhəmiyyəti barədə ətraflı məlumat verib. O, çıxışı zamanı Bahar Residence-in təkcə yaşayış məkanı deyil, həm də müasir şəhər memarlığının yeni mərhələsini təmsil etdiyini xüsusi olaraq qeyd edib.

Tədbirdə gələcəyin memarları ilə müzakirələr zamanı əmlak bazarında insanyönümlülük prinsipinin önəmi xüsusi vurğulanıb. Çingiz Kişiyev, insan ehtiyaclarını dinləməyi, ətraf mühiti nəzərə almağı və uzunmüddətli sosial təsiri düşünməyi məsuliyyətli developer fəaliyyətinin ayrılmaz hissəsi adlandırıb.

Real tikinti prosesini müşahidə edərək nəzəri biliklərini praktika ilə birləşdirən, eyni zamanda ölkədə premium inşaat standartlarının necə formalaşdığını yaxından görmək imkanı qazanan tələbələr üçün bu tədbir unikal təcrübə olub.

Qeyd edək ki, paytaxt sakinlərinə şəhərin mərkəzində insanların rifahına fokuslanmış xüsusi bir məkan yaratmağı hədəfləyən Bahar Residence Bakının ən sevilən məkanlarından biri olan Gənclik ərazisində, parkların əhatəsində yerləşir.

Xatırlatmaq istərdik ki, 2027-ci ildə istifadəyə veriləcək mənzillər, tədbirin keçirildiyi ərazidə yerləşir.

Reklam hüququnda

Paylaş:
1249

Son xəbərlər

Bütün xəbərlər