Dəmir yolundan 67 min manatlıq dəmir oğurlayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolundan 67 min manatlıq dəmir oğurlayan şəxslər saxlanılıb

09:32 - Bu gün
Dəmir yolundan 67 min manatlıq dəmir oğurlayan şəxslər saxlanılıb

Dəmir yolundan 67 min manatlıq dəmir konstruksiyalar oğurlayan şəxslər saxlanılıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Sumqayıt şəhərində stansiya ərazisində olan metal anbarından müxtəlif ölçülü relsləri oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Həmin şəxslər - əvvəllər məhkum olunmuş Xızır Hüseynov, Xudabaxış Ağayev, Akaş Paşayev və Sədat Elbruszadə ümumi çəkisi 109 ton metal qurğuları oğurlayaraq dəmir yollarına 67 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Paylaş:
1189

Son xəbərlər

Bütün xəbərlər