Sabunçu və Nəsimi rayonlarında nəqliyyat vasitələri qaçıran 2 şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçu və Nəsimi rayonlarında nəqliyyat vasitələri qaçıran 2 şəxs saxlanılıb

Qafar Ağayev13:36 - Bu gün
Sabunçu və Nəsimi rayonlarında nəqliyyat vasitələri qaçıran 2 şəxs saxlanılıb

Sabunçu rayonu ərazisində paytaxt sakini olan bir nəfərin “Geely” markalı avtomobili qaçırılıb.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə birgə saxlanılıblar.

Nəsimi rayonu ərazisində isə bir nəfərə məxsus “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Araşdırmalar aparılır.

Paylaş:
848

Son xəbərlər

Bütün xəbərlər