Deputatdan təklif: Yığım potensialının artırılması ilə bağlı işlər görülsün | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan təklif: Yığım potensialının artırılması ilə bağlı işlər görülsün

Qafar Ağayev16:21 - Bu gün
Deputatdan təklif: Yığım potensialının artırılması ilə bağlı işlər görülsün

“Təklif edirəm ki, DSMF-in dövlət büdcəsindən aşlılığın daha da azaldılması üçün yığım potensialının artırılması ilə bağlı işlərin daha sistemləşdirilməsi və bununla bağlı konkret tədbirlər planı hazırlansın”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Deputat deyib ki, işsizlikdən sığorta fondunun büdcə layihəsi təqdim edilən zaman aktiv sosial proqramlara yönəldilən vəsaitlərin səmərəliliyi ilə bağlı ayrıca arayış da təqdim olunsun.

“Xüsusən də, özünəməşğulluq proqramının nəticələrinin mütəmadi dövrlər üzrə qiymətləndirilməsi məqsədəuyğundur.İşsizlikdən sığorta fondunun vəsaitlərindən sığorta məqsədi ilə daha çox istifadə olunması üçün bu sığortadan istifadə qaydalarına yenidən baxılsın və meyarların sayı artırılsın. Eyni zamanda işsizlikdən sığorta fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilsin və xərclərin optimallaşadırılması həyata keçirilsin”.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər