Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

Qafar Ağayev17:01 - Bu gün
Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli binalara aiddir. Belə ki, paytaxt üzrə bundan əvvəlki siyahıdakı 141 liftin sayı 148-ə çatdırılacaq.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər