Azərbaycan müdafiə naziri İsrail nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan müdafiə naziri İsrail nümayəndə heyətini qəbul edib

Qafar Ağayev17:20 - Bu gün
Azərbaycan müdafiə naziri İsrail nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az nazirliyə istinadən xəbər verir ki, Müdafiə naziri Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.

Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər