Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Qafar Ağayev17:59 - Bu gün
Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Nəzarət tədbirləri çərçivəsində "HB CO LTD" MMC-nin Hindistandan idxal etdiyi 4 934 ədəd "Glukamin" və 2 982 ədəd "Carditon Q" əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülərək müayinələrə cəlb olunub.

Sınaq nəticəsində "Carditon Q" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, "Glukamin" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkar müraciəti əsasında məhsul partiyası məhv

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər