Ötən ay zəhərlənənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay zəhərlənənlərin sayı açıqlandı

13:31 - Bu gün
Ötən ay zəhərlənənlərin sayı açıqlandı

Noyabr ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Bu barədə 1news.az-a KTM-dən bildirilib

Qeyd olunub ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb:

"Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 3 nəfəri spirtli içkilərdən, 1 nəfəri həlledici məhluldan, 1 nəfəri yandırıcı məhlullardan, 2 nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub", - deyə məlumatda qeyd olunub.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər