Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib
Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
1news.az APA-ya istinadən xəbər verir ki, bir neçə gündür ərazidə davam edən yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.
39












