Neftçalada ilk Balıq Festivalından FOTOREPORTAJ
Neftçala bu gün öz tarixində ilk dəfə keçirilən Balıq Festivalı ilə sözün əsl mənasında canlandı.
1news.az-ın əməkdaşı xəbər verir ki, tədbir Neftçala Rayon İcra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Səhər saatlarından etibarən Neftçala bulvarına axışan insanlar rayonun qədim balıqçılıq ənənələrinin müasir formada təqdim olunduğu bu özünəməxsus tədbirdə iştirak etmək üçün bir araya gəliblər.
Kür çayının sahilində qurulan festival təkcə dadlı balıq təamlarının yox, həm də Neftçalanın artan turizm potensialının nümayişi baxımından xüsusi diqqət çəkib.
Açıq hava, canlı musiqi, sərgilər və su üzərində əyləncələrlə zəngin proqram şəhərə dinamika qataraq bölgədə yeni bir ənənənin təməlini qoyub.
Festivaldan fotoreportajı təqdim edirik:









































