Kəlbəcər və Laçında yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər və Laçında yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB

17:51 - Bu gün
Kəlbəcər və Laçında yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

"Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.

Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir", məlumatda deyilir.

16:57

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bir neçə gündür ərazidə davam edən yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər